Azərbaycanın Cənubi Afrika Respublikasından idxalı 9,4 dəfə artıb


Bu ilin ilk 6 ayı ərzində Azərbaycan Cənubi Afrika Respublikasından 268 milyon 843 min dollar dəyərində məhsul idxal edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Cənubi Afrika Respublikasından idxalı dəyər ifadəsində 9,4 dəfə artıb.
Cənubi Afrika Respublikasıın Azərbaycanın ümumi idxalındakı payı ötən ilki 0,3%-dən 2,3%-ə yüksəlib. Nəticədə Cənubi Afrika Respublikası Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin ilk 10-luğuna düşüb.
Qeyd edək ki, Azərbaycanın Cənubi Afrika Respublikasından idxalının kəskin artmasının səbəbi bu ölkədən alınan qızıl ilə bağlıdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top