Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? – Siyahı


Bu ilin ilk yarısında xarici ölkələrdən Azərbaycana 1 milyard 279 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarının idxalı 13% artıb.
Belə ki, ötən ilin ilk yarısında xaricdən ölkəyə 1 milyard 131,5 milyon dollar dəyərində yeyinti məhsulları gətirilib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında dəyər ifadəsində ən çox meyvə-tərəvəz, miqdar ifadəsində isə ən çox buğda idxal olunub.
Belə ki, bu ilin ilk yarısında Azərbaycana xarici ölkələrdən 178,8 milyon dollar dəyərində 239 min ton meyvə-tərəvəz, 130,7 milyon dollar dəyərində 602 min ton buğda gətirilib.
Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri 1,27 manat, buğdanın 1 kiloqramının gömrük dəyəri isə 37 qəpik olub.
Bunlardan başqa, idxal olunan:
- ətin 1 kiloqramının dəyəri 3,6 manat,
- süd və qaymağın 1 kiloqramının dəyəri 2,8 manat,
- kərə yağının 1 kiloqramının dəyəri 11,9 manat,
- çayın 1 kiloqramının dəyəri 10,3 manat,
- bitki yağlarının 1 kiloqramının dəyəri 2,6 manat,
- düyünün 1 kiloqramının dəyəri 1,6 manat olub.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top