
Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin həcmi 66 milyard 515,2 milyon dollar olub.
Yeniavaz.com xəbər verir ki, Neft Fondunun investisiya portfelindəki vəsaitlərin 66,5%-i və ya 44 milyard 215,9 milyon dollar dəyərindəki vəsait ABŞ dollarında saxlanılır.
İnvestisya portfeli aşağıdakı valyutaların payına düşür:
ABŞ dolları – 44 milyard 215,9 milyon (66,5%);
Avro – 11 milyard 876,1 milyon (20,9%);
Funt-sterlinq – 2 milyard 475,5 milyon (5,1%);
Çin yuanı – 11 milyard 352,5 milyon (2,4%);
Yapon yeni – 130 milyard 154,6 milyon (1,4%);
Digər valyutalar – 2 milyard 478,9 milyon (3,7%).
Məlumat üçün qeyd edək ki, ABŞ dollarında saxlanılan vəsaitlərin 19 milyard 133,9 milyon dolları qızıla investisiya edilib.
Elnur Əli