Neft Fondunda 19,1 milyard dollar dəyərində qızıl saxlanılır


Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Dövlət Neft Fondunun investisiya portfelində qızılın payı 28,8%-ə və ya 181,1 tona çatıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin əvvəlində Neft Fondunun investisiya portfelində qızılın payı 20,6% və ya 146,6 ton olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son 6 ay ərzində Neft Fondunun qızıl ehtiyatları 23,5% və ya 34,5 ton artıb.
Qeyd edək ki, hazırda Fondun sərəncamında olan qızılın ümumi dəyəri 19 milyard 133,2 milyon dollara bərabərdir. Bu ilin əvvəlində isə qızılın dəyəri 12 milyard 354,6 milyon dollar olub. Nəticədə son 6 ayda qızılın miqdarı 23,5% artdığı halda, dəyəri 54,8% və ya 6 milyard 778,6 milyon dollar artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top