
Ermənistanda həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan bəyanat yayıb.
Yeniavaz.com “News.am”a istinadla xəbər verir ki, o, Ermənistan Baş Naziri Nikol Paşinyanın kilsəni məğlub edə bilməyəcəyini deyib.
“Ola bilər ki, Paşinyan məni məğlub etsin. Ola bilər ki, başqasını da məğlub etsin. Amma kilsəni məğlub edə bilməyəcək. O, bacarmayacaq. Bu mümkün deyil. Çünki hər şey iman qayası üzərində qurulub və heç kim, heç bir şəkildə, heç bir vaxt bunu aşa bilməyib və bacarmayacaq da.
Ey Şər! Yaxşı qulaq as. Nə plan qurursansa, nə etməyə çalışırsansa, sənə çox az vaxt qalıb”, - Qalstanyan bildirib.