Azərbaycan Əfqanıstana dizel satıb qurudulmuş ərik və daş alır


Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Əfqanıstan arasında ticarət dövriyyəsi 5 milyon 446,5 min dollar olub.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ticarət dövriyyəsinin 98%-i və ya 5 milyon 341 min dollarını Azərbaycanın Əfqanıstana ixracı təşkil edib.
Qeyd edək ki, Azərbaycan Əfqanıstana əsasən ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacağı) satıb. İxracın 94%-i dizelin payına düşüb.
Bu ilin ilk 5 ayında Əfqanıstandan ən çox emal olunan daşlar idxal edilib. Azərbaycan 5 ay ərzində Əfqanıstandan 46,7 ton daş gətirib. Daşın bir tonunun orta gömrük dəyəri 351 dollar olub. Bundan başqa Azərbaycan Əfqanıstandan 25 ton qurudulmuş ərik gətirib ki, bunun da bir kiloqramının orta gömrük dəyəri 2 dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top