Burak Özçivit "Kuruluş Osman” serialından ayrılır? – Hər bölümə 4 milyon istəyib


“Bozdağ Film”in 6 mövsümdür ATV-də yayımlanan məşhur tarixi serialı "Kuruluş Osman"ın yeddinci mövsümündə Osman bəy obrazını canlandıran Burak Özçivitin iştirak edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı jurnalist Birsen Altuntaş paylaşıb.
Bildirilir ki, Özçivit yeddinci mövsüm üçün hər bölümə görə 4 milyon lirə (170 min manat) qonorar tələb edib. Bu səbəbdən aktyor və prodüser şirkəti arasında müqavilə şərtləri ilə bağlı razılıq əldə olunmayıb. Məlum gərginliyin ardınca tərəflər ötən gün sosial şəbəkələrdə bir-birini təqib etməyi dayandırıb. Bu isə iddiaları daha da gücləndirib.
Bununla belə, serialın əsas aktrisalarından biri olan Özge Törerin yeddinci mövsümdə heyətə yenidən qatılacağı xəbəri də yayılıb.
Serialın yeni mövsümündə Osman bəyin yaşlı versiyasının təqdim ediləcəyi və hadisələrin artıq Orxan Qazi dövrünə keçid edəcəyi bildirilir. Daha əvvəl Orxan bəy obrazını canlandıran Emre bəyin əvəzinə yeni aktyorun seçiləcəyi gözlənilir. Bu rolu kimin ifa edəcəyi isə hələlik açıqlanmayıb.
Eyni zamanda, prodüser “Bozdağ Film”in yeni mövsüm üçün həm əsas, həm də rəqəmsal platformalar üçün layihələr hazırladığı, bu çərçivədə Mert Yazıcıoğlu, Murat Ünalmış və İbrahim Çelikkol kimi tanınmış aktyorlarla danışıqlar aparmağa hazırlaşdığı barədə də söz-söhbətlər dolaşır.

DİGƏR XƏBƏRLƏR

Top