ABŞ kəşfiyyatı Martin Lüter Kinqin qətli ilə bağlı sənədləri məxfilikdən çıxardı


ABŞ Milli Kəşfiyyat İdarəsi (MKİ) vətəndaş hüquqlarının lideri Martin Lüter Kinqin qətli ilə bağlı 230 min səhifədən çox sənədin məxfiliyini ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə iyulun 21-də ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard məlumat verib.
Sənədlər ABŞ Milli Arxivlər və Sənədlər İdarəsinin saytında dərc edilib.
“Bu sənədlərdə Martin Lüter Kinqin qətli ilə bağlı FTB-nin təhqiqatı, potensial sübutların müzakirələri, istintaqın gedişatını əks etdirən daxili FTB qeydləri və MKİ hesabatları var”, - Qabbard bildirib.
Onun sözlərinə görə, 1977-ci ildə məhkəmə qərarı ilə möhürlənmiş, buraxılmış bəzi sənədlər əvvəllər rəqəmsallaşdırılmayıb. 
Qeyd edək ki, Martin Lüter Kinq 4 aprel 1968-ci ildə Memfisdə sui-qəsd nəticəsində öldürülüb. Rəsmi versiyaya görə, qətli tək silahlı şəxs törədib və heç bir sui-qəsd əlaməti olmayıb.
Xatırladaq ki, mart ayında ABŞ Milli Arxivi prezident Con Kennediyə, onun qardaşı Robert Kennediyə və Martin Lüter Kinqə qarşı sui-qəsd cəhdləri ilə bağlı məxfi sənədləri açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top