
Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 15 milyard 143,6 milyon manat biznes krediti verilib.
Yeniavaz.com xəbər verir ki, ən çox biznes krediti verən bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Belə ki, bu bank 1 iyul tarixinə kimi 3 milyard 240,5 milyon manat biznes krediti verib və bu göstərici son 3 ayda 3% artıb.
Ən az biznes krediti verən bank isə İran Milli Bankının Bakı fililalı olub. Bu bank cəmi 0,4 milyon manat biznes krediti ayırıb.
Qeyd edək ki, son 3 ayda biznes kreditlərini ən çox artıran bank da İran Milli Bankının Bakı fililalı olub. Bu bankın biznes kreditləri son 3 ayda 2 dəfəyə yaxın artıb. Biznes kreditləri ən çox azalan bank isə “Bank BTB” olub. Bu bankın biznes kreditləri son 3 ayda 8% azalıb.
Onu da bildirək ki, son 3 ayda biznes kreditləri azalan 7 bank olub – “Paşa Bank” (1,9%), “Kapital Bank” (0,2%), “Azər-Türk-Bank” (2,9%), ASB (0,8%), “Bank VTB” (7,3%), “Bank Avrasiya” (2,8%) və “Bank BTB” (8%).
Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən biznes kreditləri belə olub:

Elnur Əli