Dünya bazarlarında kənd təsərrüfatı məhsulları neçəyə satılır? – Siyahı


Dünya bazarlarında iyul ayının 21-nə olan qiymətlərə əsasən, kənd təsərrüfatı məhsullarında müxtəlif səviyyəli dəyişikliklər müşahidə olunub.
Yeniavaz.com
xəbər verir ki, bəzi məhsulların qiymətində bahalaşma, digərlərində isə ucuzlaşma qeydə alınıb.
Qiymətlərə mövsümi faktorlar, ticarət axınları və regional tələb-təklif balansı təsir göstərib.
Əsas məhsulların bir kiloqram üçün orta satış qiyməti belə olub:
Qarğıdalı – 0,16 $ (0,27 manat);
Soya – 0,39 $ (0,66 manat);
Buğda – 0,20 $ (0,34 manat);
Düyü – 0,27 $ (0,46 manat);
Yulaf – 0,31 $ (0,53 manat);
Arpa – 0,27 $ (0,46 manat);
Kanola – 0,51 $ (0,87 manat);
Rapıs – 0,52 $ (0,88 manat);
Kartof – 0,12 $ (0,20 manat);
Günəbaxan yağı – 1,52 $ (2,58 manat);
Palma yağı – 0,91 $ (1,55 manat);
Qəhvə – 6,69 $ (11,37 manat);
Kakao – 7,80 $ (13,26 manat);
Çay – 2,42 $ (4,11 manat);
Şəkər – 0,37 $ (0,63 manat);
Süd – 0,38 $ (0,65 manat);
Pendir – 3,88 $ (6,60 manat);
Kərə yağı – 7,83 $ (13,31 manat);
Portağal şirəsi – 7,02 $ (11,93 manat);
Pambıq – 1,48 $ (2,52 manat);
Yun – 0,82 $ (1,39 manat).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top