
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın xalq artisti Nikolay Baskovu axtarışa verib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə xidmətin məlumat bazasına istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, ona 2022-ci ilin martında yenidən axtarışda olan şəxs statusu verilib. Bundan başqa, müğənninin adı 2017-ci ildən Ukraynanın “Mirotvorets” saytının məlumat bazasında yer alıb.
Baskov Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə təqsirləndirilir.
Digər tərəfdən, onun Baskov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, keçən ilin payızında Ukrayna Prezidenti Volodimir Zelenski Nikolay Baskovu Filipp Kirkorovla birlikdə dövlət mükafatlarından məhrum edib. Onlar həmçinin “Ukraynanın xalq artisti” titulundan da məhrum ediliblər.