“Netflix” “Assassin’s Creed”i seriallaşdırır


“Netflix” rəsmi olaraq məşhur “Assassin’s Creed” oyunu əsasında bədii serialın çəkilişlərinə yaşıl işıq yandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ilk dəfə elan olunmasından 5 il sonra qərar verilib.
Qeyd olunub ki, layihə “sürətli tempdə triller” olacaq və insanlığı nəzarət və manipulyasiya yolu ilə idarə etməyə çalışan bir təşkilatla, insanın azad iradəsini və seçimini qoruyan digər bir təşkilat arasında gizli müharibədən bəhs edəcək.
Serialın ssenari müəllifləri və icraçı prodüserləri “Emmy” mükafatına namizəd olan Roberto Patino (“Westworld”) və David Ueyner (“Brave New World”) olacaq.
“Biz 2007-ci ildən “Assassin’s Creed” pərəstişkarıyıq. Bu layihə üzərində işləmək bizi ilhamlandırır. Belə miqyas, vizual səhnələr, parkur və döyüş səhnələrinin arxasında dərin insan hekayəsi dayanır — mənanın axtarışı, kimlik, taleyə və inanca qarşı mübarizə. Bu, hakimiyyət, zorakılıq, tamah və intiqam ehtirası haqqında hekayədir. Amma ən önəmlisi, bu, bizi əsrlər və mədəniyyətlər boyunca birləşdirən insan bağları və həmin bağlar qopanda nəyi itirdiyimiz haqqındadır”, - layihə müəllifləri belə deyirlər.

DİGƏR XƏBƏRLƏR

Top