Rusiyada ən çox satılan “ikinci əl” avtomobillərin siyahısı açıqlandı


Bu ilin birinci yarısında Rusiyada “ikinci əl” minik avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azalaraq 2,73 milyon ədəd təşkil edib.
Yeniavaz.com
"Kommersant"a istinadən xəbər verir ki, iyun ayında 467 433 ədəd işlənmiş avtomobil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,4% azdır (499 518 ədəd).
İyun ayında “ikinci əl” avtomobillər seqmentində ən populyar on markanın hamısı həm aylıq, həm də illik müqayisələrdə mənfi dinamika nümayiş etdirib. Hər iki halda təkrar bazar həcmlərində ən az itirən “Honda” olub (müvafiq olaraq -1,2% və -2,3%). May ayı ilə müqayisədə ən çox "Lada" (-8,3%), 2024-cü ilin iyunu ilə müqayisədə isə “Nissan” (-13,5%) satışları aşağı düşüb.
Təkrar bazardakı brendlər arasında Rusiyanın “Lada”sı liderdir – yayın əvvəlində 115 813 belə avtomobil alınıb. Ondan sonra Yaponiyanın “Toyota” (46 816 ədəd) və Koreyanın “Kia” və “Hyundai” (müvafiq olaraq 27 174 və 26 106 ədəd) gəlir. İlk beşliyi Yaponiyanın “Nissan” avtomobili tamamlayır - 20 552 ədəd.
Rusiyada ən populyar istifadə olunan minik avtomobili “Lada-2107” olaraq qalır - iyunda 10 890 ədəd satılıb. Ondan sonra “Hyundai Solaris” (9190 ədəd) və “Kia Rio” (9121 ədəd) gəlir. “Lada-2114” dördüncü yerə düşüb — 8730 ədəd. “Ford Focu”s da iyun ayında 8266 ədəd satılaraq ilk beşliyə daxil olub.
Avtodom Şirkətlər Qrupunun avtomobillər departamentinin direktoru Andrey Qrişakov "Kommersant"a bildirib ki, işlənmiş avtomobillərə tələbatın zəifləməsi valyuta məzənnələrinin sabitləşməsi və may ayından etibarən həm də mövsümi faktorla bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top