Azərbaycan xam neftin bir tonunu Rusiyadan 487, İraqdan isə 370 dollara alıb


Xəbər verdiyimiz kimi, bu ilin ilk yarısında Azərbaycan xarici ölkələrə 6 milyard 409,3 milyon dollar dəyərində 12 milyon 46,3 min ton xam neft satıb.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu il Azərbaycan xam neft ixracı ilə yanaşı, həm də xam neft idxal edib.
Belə ki, Azərbaycan Qazaxıstan, Rusiya və İraqdan xam neft alıb.
Bu ilin ilk 5 ayı ərzində Qazaxıstandan 41 min 792  ton neft alınıb və bunun gömrük dəyəri 22 milyon 652 min dollar təşkil edib (1 tonu 542 dollar).
Rusiyadan isə 602 min 874 ton neft idxal olunub, gömrük dəyəri isə 293 milyon 833 min dollar təşkil edib (1 tonu 487 dollar).
İraqdan alınan neftin miqdarı isə cəmi 141,5 ton olub.
Azərbaycan İraqdan idxal edilən neftinin bir tonu üçün 370 dollar ödəyib.

Elbur Əli

DİGƏR XƏBƏRLƏR

Top