
Fransanın PSJ klubu “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmerlə maraqlanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Nəşr iddia edir ki, 23 yaşlı ingilis üçün Paris klubu yeni transfer rekordu vurmağa və transfer üçün 250 milyon avro ödəməyə hazırdır.
Hazırda tarixin ən bahalı transferi PSJ-yə aiddir. Belə ki, 2017-ci ildə Paris klubu braziliyalı Neymarı “Barselona”dan transfer edib və bu transfer üçün 222 milyon avro ödəyib.
Qeyd edək ki, 2023-cü ildə Palmer 47 milyon avroya “Mançester Siti”dən “Çelsi”yə keçib və 2033-cü ilin iyun ayına qədər müqavilə imzalayıb. Yarımmüdafiəçi İngiltərə klubunun heyətində 97 oyun keçirib, 43 qol vurub və 29 məhsuldar ötürmə edib.