Son 10 ildə azərbaycanlılar Türkiyədən 11 mindən çox mənzil alıblar


Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 408 mənzil satın alıblar.
Yeniavaz.com
Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən bulikindən 69 mənzil az alıblar.
Belə ki, ötən ilin ilk 6 ayında azərbaycanlılar Türkiyədən 339 mənzil alıblar.
Onu da bildirək ki, 2015-ci ilin əvvəlindən bu ilin iyul ayının 1-nə kimi Azərbaycan vətəndaşları Türkiyədən ümumilikdə 10 min 42 mənzil alıblar.
Qeyd edək ki, bu ilin ilk yarısında Türkiyədən ən çox Rusiya (1 655 mənzil), İran (818 mənzil), Ukrayna (648 mənzil), Almaniya (555 mənzil), İraq (545 mənzil), Azərbaycan (408 mənzil), Qazaxıstan (310 mənzil), Çin (289 mənzil), Səudiyyə Ərəbistanı (251 mənzil) və Əfqanıstan (245 mənzil) vətəndaşları ev alıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top