
Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 352 ton marqarin gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə marqarin idxalı 52% və ya 460 ton artıb.
Qeyd edək ki, bu il idxal olunan marqarinin 1 kiloqramının orta gömrük dəyəri 1,45 dollar (2,46 manat) olub.
Marqarin Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:
Rusiya – 1 304,66 ton (1 kq – 2,46 manat);
Qazaxıstan – 39,35 ton (2,44 manat);
Türkmənistan – 5 ton (2,04 manat);
Türkiyə – 3 ton (1,95 manat).
Onu da bildirək ki, xaricdən 2,46 manata idxal edilən marqarinin 1 kiloqramının marketlərdə pərakəndə satış qiyməti 5,82 manat təşkil edir.
Elnur Əli