
İspaniya çempionu “Barselona”nın uruqvaylı müdafiəçisi Ronald Arauxonun sərbəst qalma məbləği yenidən 1 milyard avro müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, ötən günə - iyulun 15-ə qədər Arauxonun sərbəst qalma məbləği 60 milyon avro olub.
Qeyd edək ki, Arauxonun Kataloniya klubu ilə müqaviləsi 2031-ci ilin iyun ayına qədərdir. Son İspaniya çempionatında Arauxo 12 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.