
Ötən ayın əvvəlinə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında 98 ədəd bankomat olub.
Yeniavaz.com xəbər verir ki, bankomatların sayı son 3 ildə 33 ədəd və ya 25% azalıb.
Qeyd edək ki, bankomatların 53-ü Naxçıvan şəhərində, 45-i isə rayon və kəndlərdə olub.
Məlumat üçün bildirək ki, bankomatların yarıdan çoxu – 55 ədədi “Kapital Bank” ASC-yə məxsus olub. Bankomatların 35 ədədi və ya 35,7%-i “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin olub.
Naxçıvandakı bankomatlar cəmi 7 banka məxsusdur. “Kapital Bank” və “Beynəlxalq Bank”dan sonra ən çox bankomat “Azər-Türk-Bank” ASC-yə məxsus olub. Bu bankın Naxçıvanda 4 bankomatı var. Digər bankların – “Rabitəbank” ASC, “Bank Respublika” ASC, “Ziraatbank” ASC və “AccessBank” QSC-nin isə hər birinin Muxtar Respublikada 1 bankomatı mövcud olub.
Elnur Əli