Paşinyan naziri işdən çıxardı


Baş nazir Nikol Paşinyanın təqdimatı ilə Hakob Simidyan Ermənistanın ətraf mühit naziri vəzifəsindən azad edilib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçatryanın fərman imzalayıb.
“Konstitusiyanın 131-ci maddəsinə və “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən baş nazirin təqdimatı ilə Hakob Simidyan ətraf mühit naziri vəzifəsindən azad edilir”, - sənəddə deyilir.
Digər fərmanla Hambartsum Matevosyan Ermənistanın ətraf mühit naziri vəzifəsinə təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top