Karapetyana qarşı yeni ittiham irəli sürüldü


Ermənistanda məşhur iş adamı, “Taşir” Qrupunun sahibi Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, ona qarşı bir neçə şirkətin fəaliyyəti nəticəsində əldə edilmiş pulların yuyulması ilə bağlı ittiham irəli sürülüb.
Karapetyanın vəkilləri bildiriblər ki, iyunun 17-də o, Erməni Apostol Kilsəsinin müdafiəsi ilə bağlı çıxış etdikdən sonra baş nazir Nikol Paşinyan tərəfindən onun ünvanına açıq hədələr və fiziki təzyiqlər vəd edilib. Bir neçə saat sonra isə onun haqqında cinayət işi başlanıb.
Karapetyana qarşı hakimiyyəti zorla ələ keçirməyə çağırış ittihamı irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top