Messidən unikal rekord


Amerikanın “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi MLS-də “Günün Oyunçusu” mükafatlarının sayına görə rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə MLS-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, MLS-in 23 və 24-cü turlarının ən yaxşı oyunçusu seçilən Messi “Günün Oyunçusu” mükafatlarının sayını 10-a çatdırıb.
Bununla da, argentinalı aktiv MLS oyunçuları arasında bu mükafata ən çox sahib olan futbolçu olub.
O, “New England Revolution” (2:1) və “Nashville” (2:1) klubları ilə matçlarda iki dəfə fərqlənib. “İnter Mayami” bu qələbələr sayəsində Şərq Konfransının lideri olub.

DİGƏR XƏBƏRLƏR

Top