
Bu ilin ilk 5 ayında Azərbaycana xarici ölkələrdən 9 milyon 674 min dollar dəyərində 5 min 604,6 ton qarğıdalı yağı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qarğıdalı yağının 1 kiloqramının orta gömrük dəyəri 1,7 dollar (2,9 manat) olub.
Qeyd edək ki, qarğıdalı yağı Azərbaycana əsasən 3 ölkədən – Rusiya, Türkiyə və İtaliyadan gətirilir. Rusiyadan 5 ay ərzində 3 843,5 ton, Türkiyədən 1 549,2 ton, İtaliyadan isə 211,1 ton qarğıdalı yağı idxal edilib.
Bu ölkələrdən gətirilən qarğıldalı yağının bir kiloqramının orta gömrük dəyəri müvafiq olaraq 2,7 manat, 3,4 manat və 3,7 manat təşkil edib.
Onu da qeyd edək ki, ötən ay idxal olunan qarğıdalı yağlarının 1 kilqoramının orta satış qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 7,2 manat (1 litr 6,7 manat) olub.
Rəqəmlərdən də göründüyü kimi, qarğıdalı yağı marketlərdə ölkəyə gətirildiyi qiymətdən 2,5 dəfə baha satılır.
Məlumat üçün bildirək ki, qonşu ölkələrdə idxal qarğıdalı yağlarının qiyməti Azərbaycan ilə müqayisədə fərqli olub.
Məsələn, hazırda İtaliyadan gətirilən bir litrlik “Luglio” qarğıdalı yağı Azərbaycanda 9,59 manata (5,6 dollar) satılır.
Eyni məhsul, yəni bir litrlik “Luglio” qarğıdalı yağı Ermənistanın məşhur SAS supermarketində 4,7 dollara (1 790 dram), Gürcüstanın məşhur “Naturali” supermarketində isə 6,4 dollara (17,35 lari) satılır.
Elnur Əli