Mehdiyevlərin bankı insanlara yalan məlumat verir – Fotofakt


Azərbaycanda fəaliyyət göstərən banklar bu ilin ilk yarısı üzrə maliyyə hesabatlarını açıqlayırlar.
Yeniavaz.com
xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklardan biri – “Bank BTB” ASC bu ilin ilk yarısını 1 milyon 699 min manat xalis zərərlə başa vurub.

Lakin, maraqlıdır ki, “Bank BTB” ASC-nin 14 iyul 2025-ci il tarixində rəsmi veb-saytında dərc olunan məlumatda bankın 6 ay üzrə xalis mənfəətinin 1,1 milyon manatı ötdüyü yazılıb.
Məlumat üçün bildirək ki, qeyd olunan 1,1 milyon manat əslində bankın xalis mənfəəti deyil, vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mövcud olan mənfəətdir.

Onu da qeyd edək ki, bu, “Bank BTB” ASC-nin ictimaiyyətə yanlış məlumat verməsi ilə bağlı ilk hal deyil. Bu ilin əvvəllində də “Bank BTB” 2024-cü ili zərərlə başa vurduğu halda, rəsmi saytında həqiqətə uyğun olmayan “Bank BTB” 2024-cü ili 4,1 milyon manat xalis mənfəətlə yekunlaşdırdı” başlığı ilə məlumat dərc edib.
Xatırladaq ki, açıqlanan son məlumata görə “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
Qeyd edək ki, “Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top