Emin Ağalarov Bakıda orta məktəb tikir


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, giriş 16 və 4567B, 4553V, 4539V, 4553, 4542, 4539, 4567A nömrəli Ləhiş bağ sahələrində 264 şagird yerlik mövcud orta məktəb binasının 774 şagird yerlik yeni korpuslarının (baş plan üzrə 2, 3, 4 saylı) tikintisinə icazə verib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi sahəsi 2 816 kv. metr olacaq 2-ci korpus 2 mərtəbəli, 2 774,7 kv. metr olacaq 3-cü korpus 2 mərtəbəli, 562,44 kv. metr olacaq idman binası isə 1 mərtəbəli olacaq.
Məlumat üçün bildirək ki, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının, ticarət mərkəzinin və 4 mərtəbəli avtodayanacağın tikintisinə də icazə verib.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top