
Bu ilin yanvar-aprel ayları ərzində xarici ölkələrdən Azərbaycana 155 ədəd avtobus gətirilib.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən idxal olunan avtobusların 88-i dizel, 67-si isə digər yanacaq növləri ilə işləyən nəqliyyat vasitələri olub.
Dizel ilə işləyən avtobusların bir ədədinin orta gömrük dəyəri 71,5 min dollar (121,5 min manat), digər yanacaq növləri ilə işləyən nəqliyyat vasitələrinin bir ədədinin orta gömrük dəyəri isə 91,7 min dollar (155,8 min manat) olub.
Ən çox avtobus Çindən gətirilib. Bu ölkədən 4 ay ərzində ümumilkdə 84 avtobus idxal edilib. Bunların 33-ü dizel ilə işləyən avtobuslar olub.
Xarici ölkələrdən gətirilən, dizel ilə işləyən avtobusların sayı və bir ədədinin orta gömrük dəyəri aşağıdakı kimi olub:
- Çin – 33 ədəd (92,7 min manat);
- Koreya – 20 ədəd (87,3 min manat);
- Türkiyə – 15 ədəd (153 min manat);
- Rusiya – 8 ədəd (35 min manat);
- Almaniya – 7 ədəd (398,7 min manat);
- Yaponiya – 3 ədəd (114 min manat);
- İtaliya – 2 ədəd (90 min manat).
Xarici ölkələrdən gətirilən, digər yanacaq növləri ilə işləyən avtobusların sayı və bir ədədinin orta gömrük dəyəri aşağıdakı kimi olub:
- Çin – 51 ədəd (179 min manat);
- Özbəkistan – 16 ədəd (82,5 min manat).
Murad Məmmədov