Rusiyada göyərtəsində 5 nəfər olan helikopter itib


“Vzlet” aviaşirkətinə məxsus Mi-8 helikopteri Oxotsk şəhərindən Maqadana uçan zaman yoxa çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Fövqəladə Hallar Nazirliyindəki mənbə bildirib.
“Təyin olunan vaxtda Oxotsk qəsəbəsindən Maqadan şəhərinə uçuş zamanı “Vzlet” aviaşirkətinin Mi-8 helikopteri rabitəyə cavab verə bilməyib”, - agentliyin mənbəsi deyib.
Qeyd olunub ki, itkin düşən helikopterin axtarışı üçün Oxotskdan Mi-8 helikopteri, Maqadandan isə An-26 təyyarəsi havaya qalxıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, itkin düşən Mi-8 helikopterinin göyərtəsində üç ekipaj üzvü və iki texniki işçi var.

DİGƏR XƏBƏRLƏR

Top