
Mərkəzi Bank tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Smartıt” MMC (VÖEN – 2003634151) olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin şərtlərinə görə “Smartıt” MMC Mərkəzi Banka “PaloAlto” avadanlıqları və lisenziyalarını satacaq.
Qeyd edək ki, Mərkəzi Bank satın alacağı avadanlıqlar və onların lisenziyaları üçün 510 min 809 manat 2 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “PaloAlto” avadanlıqları informasiya təhlükəsizliyinin təmin olunmasında istifadə edilən şəbəkə təhlükəsizliyi cihazlarıdır. Bu avadanlıqlar “Palo Alto Networks” adlı ABŞ şirkəti tərəfindən istehsal olunur.
Xatırladaq ki, “PaloAlto” avadanlıqları şəbəkə trafikinə nəzarət və filtrasiya xidmətlərini həyata keçirir. Bunlardan başqa “PaloAlto” avadanlıqları daxili və xarici hücumlardan qorunma – kiberhücumların qarşısını almaq üçün təhlükəli fəaliyyətləri avtomatik müəyyən edib bloklayır. Həmçinin uzaqdan təhlükəsiz əlaqə – şifrlənmiş rabitə kanalları qurmaq imkanı verir.
Banklarda bu tip sistemlər maliyyə məlumatlarının, müştəri məlumatlarının və daxili sistemlərin qorunması məqsədilə qurulur.
Elnur Əli