ABŞ-nin baş prokuroru 20-dən çox əməkdaşı işdən çıxardı – “Tramp işi” ilə məşğul olurdular


ABŞ-nin baş prokuroru Pam Bondi ölkə başçısı Donald Trampa qarşı təhqiqatlarda işləyən 20-dən çox Ədliyyə Nazirliyinin əməkdaşını işdən çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, işdən çıxarılanlar arasında vəkillər və köməkçi işçilər var. İşdən çıxarılanlardan ən azı ikisi Florida və Şimali Karolinada işləyən prokurorlardır.
Qeyd edilib ki, işdən çıxarılanların hamısı, Trampa qarşı iki işi - hakimiyyəti ələ keçirmək cəhdini və məxfi sənədlərin saxlanmasını araşdıran keçmiş xüsusi prokuror Cek Smitin komandasında işləyib.
Bu, Trampa qarşı işlərdə çalışan Ədliyyə Departamenti əməkdaşlarının ilk kütləvi şəkildə işdən çıxarılması deyil. Hələ yanvarın sonunda ABŞ Ədliyyə Nazirliyinin müvəqqəti rəhbəri Ceyms MakHenri 14 vəkili işdən çıxarmışdı.
“Reuters”in hesablamalarına görə, Smitin komandasında işləyənlər arasında işdən çıxarılanların ümumi sayı 37 nəfərə çatıb. İdarənin daha 15 əməkdaşının işdən çıxarılacağı güman edilir.

DİGƏR XƏBƏRLƏR

Top