“Rusiyanı şərtsiz dəstəkləməyə davam edəcəyik” – Kim Çen In


“Şimali Koreya Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiya hakimiyyətinə dəstəyi davam etdirməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib.
Kim Çen In Moskva və Pxenyan arasında əldə edilmiş razılaşmalara uyğun olaraq Ukraynadakı vəziyyətin müstəsna olaraq əsaslı şəkildə həlli üçün Rusiya rəhbərliyi tərəfindən görülən bütün tədbirləri qeyd-şərtsiz dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Lavrov KXDR-də üç günlük səfərdə olub. Rusiya Xarici İşlər Nazirliyinin press-relizində deyilir ki, Rusiya tərəfi Pxenyanın Rusiyanın xüsusi hərbi əməliyyatına ardıcıl, fundamental dəstəyinə, eləcə də Şimali Koreya hərbçilərinin müharibədə iştirakına görə səmimi minnətdarlığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top