
“Opta” analitik portalı dünyanın ən yaxşı klublarının siyahısını hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, Fransanın PSJ klubu maksimum 100 xal toplayaraq, siyahıda ilk yeri tutub. İkinci yerdə 99,27 xalla İngiltərənin “Liverpul” klubu qərarlaşıb. İlk üçlüyü isə 98,79 xalla İngiltərənin “Arsenal” klubu tamamlayıb.
Qeyd edək ki, klublararası dünya çempionatının yarımfinal matçında PSJ İspaniyanın “Real Madrid” klubunu darmadağın edib. İst-Raterforddakı "Midoulends" stadionunda keçirilən görüş 4:0 hesabı ilə başa çatıb. Hazırda Paris klubu finalda Braziliyanın “Fluminense” klubuna 2:0 hesabı ilə qalib gələn İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, FIFA Klublararası Dünya Çempionatı altı qitə konfederasiyasının ən güclü nümayəndələri arasında keçirilən yarışdır. Turnir Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) himayəsi altında keçirilir.