Alimlər ayaqları kəsilmiş insanlar üçün bionik diz yaradıblar


Alimlər yeni bionik diz protezi ixtira ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Science” jurnalında məlumat dərc olunub.
Bildirilir ki, bionik diz protezi ayaqları amputasiya olunmuş insanlara daha sürətli yeriməyə, pilləkənləri daha rahat qalxmağa və maneələri çevik şəkildə dəf etməyə imkan verir.
Tədqiqatçılar qeyd ediblər ki, yeni protez birbaşa insanın əzələ və sümük toxumasına inteqrasiya olunur ki, bu da hərəkətlər üzərində daha yüksək sabitlik və nəzarət təmin edir.
Araşdırmada bildirilir ki, bionik dizlə təmin olunan şəxslər yeni ayaqlarını bədənlərinin təbii bir hissəsi kimi hiss etdiklərini bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, ənənəvi amputasiya əməliyyatlarından sonra istifadə edilən protez ayaqlar adətən içi boş bir struktura malik olur və qalıq ayaq həmin boşluğa yerləşdirilir. Amma bionik diz birbaşa ayağın içinə yerləşdirilir və qalıq əzələ və sümüklər protezə birləşdirilir.
“Bu bionik protezin hazırlanması üçün həkimlər qalıq bud sümüyünün içinə titan çubuq yerləşdirirlər. Bu isə ənənəvi protezlərə nisbətən daha yaxşı mexaniki nəzarət və yükdaşıma qabiliyyəti təmin edir.
İmplant həmçinin əzələlərdən məlumat toplayan naqillər və elektrodlarla təchiz olunub. Bu məlumatlar yeni robotlaşdırılmış idarəetmə sisteminə ötürülür. Alimlər bildiriblər ki, bu sistem istifadəçinin hərəkət niyyətini müəyyənləşdirərək protezin uyğun zamanda hərəkətini təmin edir”, - məlumatda deyilir.
Qeyd olunub ki, iki şəxsə “sümük inteqrasiyalı mexanonevral protez” adlandırılan bu bionik protez yerləşdirilib. Nəticələrə görə, onlar daha yaxşı yeriyə bilirlər, dizlərini müəyyən bucaq altında əyməkdə, pilləkənləri qalxmaqda və maneələri keçməkdə daha müvəffəqiyyətli olublar.

DİGƏR XƏBƏRLƏR

Top