
Ötən gün – iyulun 11-də tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş “Biz Görüşəcəyik 2” sənədli filminin premyerası baş tutub.
Yeniavaz.com xəbər verir ki, ekran işində mərhumun həyat və fəaliyyətinə dair xatirələr, onun dini və ictimai fəaliyyətləri əks olunub.
Filmdə tanınmış ziyalılar, ictimai xadimlər və ilahiyyatçılar iştirak edib.
Qeyd edək ki, layihənin rəhbəri və müəllifi tanınmış jurnalist İradə Nurəddinqızıdır.







Aygün Vəliyeva