“Samsung” ilin sonuna qədər qeyri-adi qatlanan smartfonu təqdim edəcək


“Samsung” 2025-ci ildə üçqat qatlanan ekranlı ilk smartfonunu buraxmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin mobil bölməsinin rəhbəri Tae Mun Roh məlumat yayıb.
Top menecerin sözlərinə görə, şirkət hazırda məhsulun və onun istifadəçilər üçün rahatlığının təkmilləşdirilməsinə diqqət yetirir. Roh həmçinin qeyd edib ki, yeni məhsulun son adı hələ seçilməyib, baxmayaraq ki, şəbəkədə daha əvvəl “Galaxy G Fold” adı ilə bağlı şayiələr yaranıb.
Məlumatı “Android Authority” ilə söhbətində adı açıqlanmayan başqa bir “Samsung” meneceri təsdiqləyib. O, dəqiqləşdirib ki, cihaz artıq dizayn edilib və istehsala hazırdır. Bununla belə, daxili müzakirələrin əsas mövzusu onun həyat qabiliyyəti və bazarda tələbatı sualına cavab tapmaqdır.

DİGƏR XƏBƏRLƏR

Top