ABŞ-dən Əbu-Dabi görüşünə reaksiya


“ABŞ Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün səyləri dəstəkləyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Temmi Bryus mətbuat konfransında Azərbaycan və Ermənistan liderləri arasında Əbu-Dabidə keçirilən görüşlə bağlı sualı cavablandırarkən bildirib.
“Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton həmçinin ümumilikdə mətbuat məlumatlarını izləyir. Hazırda bununla bağlı əlavə məlumatımız yoxdur”, - o deyib.
Temmi Bryus ABŞ-nin hazırkı administrasiyasının mövqeyini də qeyd edib.
“Bildiyiniz kimi, Prezident Trampın və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Prezident Trampın Nazirlər Kabinetinin son iclasındakı bəyanatları göstərir ki, bu administrasiya sülh üçün səy göstərən bir administrasiyadır”.
 

DİGƏR XƏBƏRLƏR

Top