“Amazon” robotlarının sayı bir milyona çatdı


Onlayn pərakəndə satış nəhəngi “Amazon”un yeni milyonuncu robotu şirkətin Yaponiyadakı sifariş emal mərkəzinə gəlib.
Yeniavaz.com
“Naked Science” nəşrinə istinadla xəbər verir ki, 2025-ci ilin iyul ayına olan məlumata görə, “Amazon” 1,56 milyon insan işçisi olan qlobal sifariş emal şəbəkəsində bir milyondan çox robot yerləşdirib.
Nəşrin məlumatına görə, hər şey 2012-ci ildə “Amazon”un anbarlarda malların daşınması üçün “Kiva Systems” robotlarını alması ilə başlayıb. Sonrakı illərdə robotlar davamlı olaraq insan işçiləri əvəz edib. Nəticədə, “Amazon”un işçi qüvvəsi son dörd ildə 40 min nəfər azalıb. Anbarlarda isə orta hesabla 670 nəfər işləyir ki, bu da son 20 ilin ən aşağı səviyyəsidir.
“Amazon”un robotlarla bağlı planları anbarlarla da bitmir. Belə ki, şirkət San-Fransiskoda paketləri çatdırmaq üçün robotlardan ibarət “humanoid parkı” yaradır.

DİGƏR XƏBƏRLƏR

Top