Pezeşkian İranın MAQATE ilə əməkdaşlığı davam etdirməsi şərtini açıqladı


“Agentlik İranın nüvə proqramına münasibətini dəyişərsə, Tehran MAQATE ilə əməkdaşlığı bərpa edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Bu əməkdaşlığın davam etdirilməsi MAQATE-nin nüvə dosyesinə ikili münasibətini dəyişib-dəyişdirməməsindən asılıdır. İrana qarşı hər hansı təkrar təcavüz sizi peşman edəcək daha sərt cavabla qarşılaşacaq”, - Pezeşkian deyib. 
Qeyd edək ki, iyulun 2-də İran Prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran qanunun tətbiqi ilə bağlı fərman verib.
İranda əməkdaşlığın bərpası üçün şərt İranın nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyinin təmin edilməsi idi. Əməkdaşlığın dayandırılması İranın MAQATE-ni və agentliyin baş direktoru Rafael Qrossini ABŞ və İsrailin Fordo, İsfahan və Natanzdakı nüvə obyektlərinə endirdiyi zərbələr fonunda fəaliyyətsizliyinə görə tənqid etməsi ilə bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top