
“Azərbaycan- Ermənistan sülh müqaviləsi Cənubi Qafqaz regionuna sülh və sabitlik gətirəcək”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
O, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşünü şərh edərkən Rusiyanın bu prosesi tam dəstəklədiyini bildirib.
“Belə bir sazişin imzalanması regiona proqnozlaşdırılabilənlik, sabitlik və sülh gətirəcək mühüm amil olacaq”, - Kreml nümayəndəsi qeyd edib.
Xatırladaq ki, bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.