Osimhen karyerasını hansı klubda davam etmək istəyir?


“Napoli”nin hücumçusu Viktor Osimhen “Qalatasaray”da qalmaq istəyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, türk klubu nigeriyalının tələb etdiyi kimi mövsüm başına 16 milyon avro maaşla razılaşdığı üçün futbolçu karyerasını ötən mövsüm icarə əsasında oynadığı klubda davam etdirməyə qərar verib:
“Öz növbəsində, “Napoli” 26 yaşlı nigeriyalını 75 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil. Əgər İtaliya klubu forvard üçün təklif almasa, o, iyulun 15-də və ya 17-də komandaya təlim-məşq toplanışına qatılmalı olacaq. Ola bilsin ki, “Napoli” müqavilənin 2027-ci ilə qədər birtərəfli uzadılması variantını aktivləşdirsin”.
Mənbə onu da bildirir ki, Osimhen satılarsa, Antonio Kontenin komandası “Liverpul”dan Darvin Nunes, “Udineze”dən Lorenzo Luka və ya “Çelsi”dən Nikolas Ceksonu almağa çalışacaq.
Xatırladaq ki, ötən mövsüm forvard bütün turnirlərdə 41 matçda iştirak edib, 37 qol vurub və 8 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top