Kurenkov Bakıya gəldi


Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) iclasında iştirak etmək üçün Bakıya gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a idarənin mətbuat xidmətindən məlumat verilib.
“Bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının və Baş Assambleyasının iclasında iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Gündəliyin əsas məsələsi 60-dan çox ölkənin fövqəladə hallar xidmətini birləşdirən və dünya üzrə humanitar yardım göstərən bu təşkilata baş katibin seçilməsidir”, - məlumatda deyilir. .
Rusiyalı nazirin Bakıda digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top