
Natiq Cəfərlinin atası dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə REAL Partiyasının rəsmi sosial şəbəkə hesablarında məlumat dərc olunub.
“Dərin hüznlə bildiririk ki, REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərlinin atası Mehman Cəfərov bu gün vəfat edib”, - məlumatda qeyd olunub.
***17:13, 7 iyul
Natiq Cəfərli atasının dünyasını dəyişməsi barədə yayılan məlumatı təkzib edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında yazıb.
“Dostlar, narahatlığınızı anlayıram, yüzlərlə zəng-mesaj yazırsınız, təşəkkür edirəm, amma cavab verməyə halım yoxdur. Atam komadadır, biz ancaq dua edirik indi”, - N. Cəfərli bildirib.
***11:46
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərliyə ağır itki üz verib.
Yeniavaz.com “Operativ Media”ya istinadla xəbər verir ki, siyasətçinin atası Gürcüstanda yerləşdirildiyi xəstəxanada vəfat edib.
Qeyd edək ki, N. Cəfərli bir müddət əvvəl izləyicilərinə müraciət edərək atasının Gürcüstanda reanimasiyada olduğunu və buna görə zənglərə, mesajlara cavab verə bilmədiyini bildirmişdi.