
ABŞ Prezidenti Donald Tramp sahibkar İlon Maskın siyasi partiya yaratmaq planlarını “gülünc” adlandırıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə iyulun 6-da jurnalistlərlə söhbətində danışıb.
Siyasətçinin sözlərinə görə, onun Respublikaçılar Partiyası böyük uğur əldə edib. O, əlavə edib ki, ABŞ həmişə iki partiyalı sistemə sahib olub.
“Düşünürəm ki, üçüncü partiyanın yaradılması çaşqınlığı daha da artıracaq”, - Amerika lideri bildirib.
Qeyd edək ki, bundan əvvəl Mask öz “X” səhifəsində səsvermədən sonra “Amerika” adlı siyasi partiyanın yaradıldığını elan edib. O, həddindən artıq xərclərin, həmçinin rüşvətxorluğun ABŞ-ni faktiki olaraq iflasa uğratdığını bildirib və ölkədə “demokratiya deyil, təkpartiyalı sistem” formalaşdığını qeyd edib.
Xatırladaq ki, siyasətçinin prezidentlik kampaniyası zamanı Tramp və Mask mehriban münasibətdə olub, lakin mayın sonunda iş adamı dövlət xidmətini tərk etdikdən sonra aralarında fikir ayrılığı yaranıb.
Buna səbəb, digər məsələlərlə yanaşı, vətəndaşlar üçün vergi güzəştlərini nəzərdə tutan “böyük və gözəl” qanun layihəsi olub.
İyunun 30-da isə Musk bildirib ki, qanun layihəsi qəbul olunarsa, ertəsi gün yeni partiya yaradılacaq.