
Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyalarının (KONKAKAF) Qızıl Kubokunun final oyununda ABŞ və Meksika yığmaları qarşılaşacaq.
Yeniavaz.com xəbər verir ki, yarımfinalda ABŞ komandası Qvatemala üzərində 2:1 hesabı ilə qalib gəlib, Meksika yığması isə Hondurası 1:0 hesabı ilə məğlub edib.
Final oyunu iyulun 7-nə keçən gecə baş tutacaq.
Qeyd edək ki, Meksika 9 dəfə kuboku qazanaraq KONKAKAF Qızıl Kubokunda ən çox qalibiyyət rekorduna sahibdir. ABŞ isə 7 dəfə kubok qazanmaqla turnirdə ikinci ən çox qələbə qazanan ölkədir.
Xatırladaq ki, turnir ABŞ və Kanadada keçirilir.