“Tesla” səhmləri 8%-ə qədər ucuzlaşdı


Amerika “Tesla”sının səhmləri “Nasdaq” elektron birjasında premarket zamanı şirkətin rəhbəri İlon Mask və ABŞ Prezidenti Donald Tramp arasında mübahisə fonunda 8%-ə qədər ucuzlaşıb.
Yeniavaz.com
xəbər verir ki, bunu ticarət platformasının məlumatları da sübut edir.
Məlumata görə, şirkətin səhmləri 7,98% azalaraq, hər səhm üçün 297,8 dollar təşkil edib.
Qeyd edək ki, bundan əvvəl Mask Trampın xərclərinin azaldılması ilə bağlı tənqidlərini təkrarlayaraq, ölkədə yeni siyasi partiya yaratmağa çağırıb. Mask “X”də partiyanı “Amerika Partiyası” adlandırmağı təklif edib.
Planetin ən varlı adamı olan Mask son vaxtlara qədər Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) koordinatoru və könüllülük əsasında işləyən xüsusi təyin olunmuş dövlət qulluqçusu idi. O, faktiki olaraq Trampın yaxın çevrəsində fəaliyyət göstərirdi. Bununla belə, Amerika mətbuatında dərc olunan məlumatlara görə, prezidentlə iş adamı arasında pərdəarxası münasibətlər son həftələrdə bir sıra səbəblərə, o cümlədən Maskın biznes maraqlarına görə pisləşməyə başlayıb. Mask dövlət işini tərk etdikdən sonra tərəflər sosial mediada səs-küylü ictimai qarşıdurma yaşayıblar.
Mask daha sonra Tramp haqqında səsləndirdiyi sərt fikirlərə görə peşman olduğunu bildirib. “The New York Times” yazır ki, Tramp və Mask iyunun 11-də sahibkar “X” sosial şəbəkəsində bu bəyanatı yerləşdirməzdən əvvəl telefonla danışıb. İyunun 28-də Mask Senatda prosedur səsverməsindən əvvəl yuxarıda qeyd olunan xərclərin azaldılması qanun layihəsini bir daha tənqid edib.

DİGƏR XƏBƏRLƏR

Top