
“Amazon”un qurucusu və icraçı direktoru Ceff Bezos iyunun sonunda e-ticarət nəhənginin təxminən 737 milyon dollarlıq səhmlərini satıb.
Yeniavaz.com xəbər verir ki, bu məbələğ ona 3,3 milyon səhmə başa gəlib.
Satışdan sonra Bezos təxminən 905 milyon “Amazon” səhminə sahib olacaq.
Qeyd edək ki, Bezos keçən il təxminən 5 milyard dollarlıq səhm satıb.
Xatırladaq ki, Bezos "Amazon"u 1994-cü ildə təsis edib. “Forbes” jurnalına görə 234,4 milyard dollar sərvəti ilə o, dünyanın dördüncü ən varlı adamıdır.