Yekaterinburq məhkəməsi Gənciyevin də həbs müddətini uzatdı


Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan azərbaycanlı Əhliman Gənciyev barəsində qərar çıxarıb.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, məhkəmə Əhliman Gənciyev barəsində ötən prosesdə seçilmiş 72 saatlıq həbs qətimkan tədbirinin uzadılması haqqında qərar çıxarıb.
Məhkəmə onun həbs müddətini 22 gün uzadaraq onu iyulun 19-na kimi istintaq təcridxanasına göndərib.
Xatırladaq ki, daha öncə eyni qərar Bakir Səfərov barəsində də çıxardılıb. 

DİGƏR XƏBƏRLƏR

Top