“Moskva və Kiyev arasında yeni görüşlər nəzərdə tutulmayıb” – Peskov


“Hələ ki, Moskva və Kiyev arasında yeni görüşlər nəzərdə tutulmayıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Aİİ-nin Minskdə keçirilən iclasları çərçivəsində danışıb.
“Biz danışıqların üçüncü raundunu gözləyirik. Ümid edirik ki, üçüncü raundun vaxtı yaxın günlərdə bəlli olacaq”, - mətbuat katibi bildirib.
Bundan əvvəl o, Ukraynada nizamlanma üzrə danışıqlar prosesinin dinamikasının Kiyev və Vaşinqtondan asılı olduğunu bildirib. Kreml nümayəndəsi Rusiyanın mövqeyinin hamıya bəlli olduğunu qeyd edib və əlavə edib ki, danışıqlarda yerlərdəki real vəziyyətdən mücərrədləşmək mümkün deyil.

DİGƏR XƏBƏRLƏR

Top