
Çolpon-Atada (Qırğızıstan) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin iclası başlayıb.
Yeniavaz.com “Sputnik”ə istinadla xəbər verir ki, xarici siyasət idarələrinin rəhbərləri beynəlxalq və regional vəziyyəti, eləcə də bu vəziyyətin KTMT ölkələrinin təhlükəsizliyinə təsirini müzakirə edəcəklər.
Bildirilir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iclasa gəlməyib.
KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Ermənistan 2024-cü ilin əvvəlində təşkilatda iştirakını dondurduğunu bəyan etmişdi.