“Crocus”a hücumda ittiham olunanlar Kiyevin sifarişçi olduğunu təsdiqlədi

“crocus”dakı terrorda təqsirləndirilənlər daha birini planlaşdırıblar
“Crocus City Hall” konsert zalında 149 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı və sifarişçisi Ukrayna xüsusi xidmət orqanlarıdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın tanış olduğu iş materiallarında deyilir.
“Biz gedəndə Dalerjon Mirzəyev və Şəmsidin Fəriduni koordinator Sayfulloya terror aktını bizim törətdiyimiz barədə bildiriş göndərdilər. Mən də onların söhbətindən eşitdim ki, Sayfullo onlara cavab verib və deyib ki, “Crocus City Hall” konsert zalında baş vermiş bu terror aktının sifarişçisi Ukraynanın dövlət strukturudur və indi Rusiya ilə Ukrayna sərhəddini keçməliyik”, - terror aktını törədən dörd nəfərdən biri ifadəsində deyib. 
Bundan sonra, onun sözlərinə görə, koordinator onlara Kiyevə necə çatmaq barədə əlavə göstərişlər verməli idi və orada terror aktının sifarişçilərindən bunu həyata keçirmək üçün 1 milyon rubl almalı idilər. Terror aktını törədənlərə vəd edilib ki, onlar üçün Kiyevə dəhliz yaradılıb, bu dəhliz vasitəsilə onlar Ukrayna ərazisindən sərbəst keçəcəklər:
“Mən başa düşdüm ki, bizdən başqa ölkənin, yəni müsəlman dünyası ilə heç bir əlaqəsi olmayan, lakin digərlərinin köməyi ilə Rusiya ərazisində bəzi problemlərini həll edən Ukraynanın maraqları üçün istifadə olunur. “Xorasan” ekstremist hərəkatının üzvləri yalnız Ukraynanın dövlət strukturunun göstərişi ilə bizim aksiyalarımızın təşkilatçıları olub, bunu Sayfullo özü də sonda təsdiqləyib”. 

DİGƏR XƏBƏRLƏR

Top