Ukrayna Ottava Konvensiyasından çıxır – Zelenski fərman imzaladı


Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxması ilə bağlı Milli təhlükəsizlik və müdafiə şurasının (MTMŞ) qərarını qüvvəyə mindirən fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ali Radanın deputatı Roman Kostenko məlumat yayıb.
“Mənə indicə məlumat verildi ki, Zelenski ölkəmizin Ottava Konvensiyasından, piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən beynəlxalq müqavilədən çıxması ilə bağlı MTMŞ qərarını qüvvəyə mindirən fərman imzalayıb”, – parlamentari yazıb.
Onun sözlərinə görə, indi məsələyə Ali Radada baxılacağı gözlənilir. Fərmanın mətni hələ Zelenskinin saytında dərc edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top